Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında təlimlər keçirir...
Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Birgə Qılınc 2024B” təliminə başlayıb.
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq zonasının rəsmi nümayəndəsi, baş polkovnik Li Si bildirib.
“Çin Xalq Azadlıq Ordusu Şərq Döyüş Komandanlığı Zonası Birgə Qılınc 2024B təlimini keçirmək üçün quru qüvvələri, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunları təşkil edib”.
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Jian xəbərdarlıq edib ki, üçüncü dövlətlərin Tayvana silah verməsi müharibə ilə nəticələnəcək.
Poliqon.info