AZ

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin proqramı açıqlanıb, bəzi oyunların yeri dəyişdirilib

Azərbaycan

Bakı, 23 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən 5 komanda – “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Səbail” və “Şamaxı” mübarizəyə qoşulacaq.

28 oktyabr

20:00.“Turan Tovuz” – “Hypers Guba”

Tovuz şəhər stadionu

29 oktyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Şimal”

“Kapital Bank Arena” 14:00

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”

“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”

Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”

“ASCO Arena”

30 oktyabr

14:00. “Şamaxı” – “Şəmkir”

Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00.“Qaradağ Lökbatan” – “Karvan”

Lökbatan Olimpiya Kompleksinin stadionu

15:00. “Şəfa” – “Difai”

“ASK Arena”

31 oktyabr

14:00. “İmişli” – “Cəbrayıl”

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq”

Qəbələ şəhər stadionu

Qeyd edək ki, I və II təsnifat mərhələsində iştirak edən II Liqa təmsilçilərinin (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Misli Premyer Liqasında çıxış edən komandaları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar əsas liqada mübarizə aparan kollektivlərin stadionunda oynanılacaq. Eləcə də İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda olacaq.

Seçilən
97
16
azertag.az

10Mənbələr