AZ

Azərbaycan Kubokunda 2-ci mərhələnin oyun cədvəli bilindi

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Mərhələnin 2 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digərləri isə Peşəkar Futbol Liqasının “AzPFL” youtube kanalında canlı yayımlanacaq.

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin görüşləri 28-31 oktyabr aralığında baş tutacaq.

PFL-dən verilən məlumata görə, 2-ci təsnifat mərhələsində iştirak edən İkinci Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Azərbaycan Premyer Liqasında çıxış edən klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar Premyer Liqada çıxış edən klubların stadionunda keçiriləcək.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu da Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr

“Turan Tovuz” – “Hypers Quba”
Tovuz şəhər stadionu, 20:00.

29 oktyabr

MOİK – “Şimal”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Mərdəkan. “Dalğa Arena”, 16:00.

“Ağdaş” – “Kəpəz”
Tovuz şəhər stadionu, 16:00.

“Dinamo” – “Səbail”
“Bayıl Arena”, 18:00.

30 oktyabr

“Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan OİK stadionu, 14:00.

“Şəfa” – “Difai”
Bakı. “ASK Arena”, 15:00.

31 oktyabr

“İmişli” – “Cəbrayıl”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu, 15:00.

Seçilən
88
16
arena.az

10Mənbələr