AZ

“Ermənistanın KTMT-də fəaliyyətini davam etdirəcəyini gözləyirik” - Peskov

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir və noyabrın 23-də Minskdə keçiriləcək sammitdə İrəvan tərəfinin yüksək səviyyədə təmsil olunmayacağına təəssüflənir”.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsi zamanı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.“Təəssüf hissi ilə demək olar ki, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakı olmayacaq. Ümid edirik ki, işçi və ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, - deyə siyasətçi bildirib.Xatırladaq ki, son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və parlamentin spikeri Alen Simonyan KTMT səviyyəsində keçirilən tədbirlərdə iştirakdan imtina ediblər.  Daşqın HəsənovMissiya.Az

Seçilən
137
9
missiya.az

7Mənbələr