Rusiya tərəfi Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir və noyabrın 23-də Minskdə keçiriləcək sammitdə Ermənistan tərəfinin yüksək səviyyədə təmsil olunmayacağına təəssüflənir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib: “Təəssüf hissi ilə demək olar ki, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakı olmayacaq. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”.
Xatırladaq ki, son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Milli Məclisin spikeri Alen Simonyan KTMT səviyyəsində keçirilən tədbirlərdə iştirakdan imtina ediblər.
Telegram kanalımız