AZ

İranda polislərə yenə silahlı hücum edildi

Bu gün günorta saatlarında İranın Şiraz şəhərində polis əməkdaşlarına qarşı silahlı hücum baş verib. Nəticədə 2 polis ağır yaralanaraq xəstəxanaya aparılıb.

Publika.az İran mətbuatına istinadla xəbər verir ki, stasionar postda patrul xidməti aparan polislər şübhələndikləri avtomobili saxlamaq üçün “saxla” işarəsi veriblər. Bu zaman avtomobilin sürücüsü avtomatdan polislərə atəş açıb. Sürücünün özü silahlı atışma nəticəsində ağır yaralanıb. Bununla yanaşı, 2 polis əməkdaşı da ağır yaralanaraq Şiraz şəhər xəstəxanasına çatdırılıb.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının mütəxəssisləri araşdırma aparmağa başlayıblar.

Seçilən
287
19
publika.az

10Mənbələr