AZ

İspaniyada bıçaqlı şəxs Madriddə polisə hücum edib

Madriddə bir nəfər polis bölməsinə daxil olaraq bir neçə hüquq-mühafizə orqanının əməkdaşını bıçaqlamağa cəhd edib.

Bu barədə İspaniyanın "El Mundo" qəzeti məlumat yayıb.

“Adam girişdə dayanan bir neçə polis əməkdaşını bıçaqlamağa cəhd edib”, – nəşr yazır.

Məlumata görə, hücum edən şəxs Venesuela əsilli olub. Yerli vaxtla saat 11:50 radələrində o, Madrid polisinin qəbul sahəsinə daxil olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına qışqırıb.

Seçilən
377
19
aznews.az

10Mənbələr