Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın rəhbərlik etdiyi Milli İntellektual İnkişaf Fondu Rusiyanın ən böyük dron istehsalçısının ortaq sahibi olub.
Publika.az xəbər verir ki, bu barədə “The Moscow Time” məlumat yayıb.
Bildirilir ki, fond mülki aviasiya pilotsuz uçan aparatları, həmçinin fotoqrammetrik məlumatların emalı üçün proqram təminatı istehsal edən “Geoscan” şirkətlər qrupunda 10% pay alıb.
İndi “Geoscan”ın təsisçisi Aleksey Semyoniv şirkətin 87,5%-nə sahibdir, digər 2,5%-ə isə şirkətin baş direktoru Aleksey Yuretski nəzarət edir.