Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 143,1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 8,3% azdır.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 156,1 mln. dollar təşkil edib.