
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı şəhərinin Binəqədi rayonunun Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.
Müvafiq tədbirlər davam etdirilir.
20:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.