Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.
Müvafiq tədbirlər davam etdirilir.
Qeyd edək ki, Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.