AZ

Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR

2024-cü ildə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi azalaraq 10 %-ə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında qeyd olunub.

Məlumata görə, il ərzində məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta illik faiz dərəcəsi dəyişməyərək 25 % qalıb, təmir kreditlərinin orta faiz dərəcəsi isə 1 faiz bəndi azalaraq 16 % olub.

Hesabat dövründə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 2 faiz bəndi artaraq 26 %-ə çatıb, xarici valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi isə dəyişməyərək 5 % qalıb.

2024-cü ilin sonuna digər istehlak kreditləri üzrə milli valyutada kreditlər üzrə orta illik faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 3 faiz bəndi artaraq 20 %-ə çatıb.

Bizim.Media

Seçilən
131
15
bizim.media

10Mənbələr