AZ

BDU qiymətləndirilməsi yekunlaşdı: “MÜKƏMMƏL”

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub.

“Cebheinfo.az” xəbər verir ki, qiymətləndirmənin yekununda Bakı Dövlət Universitetinin (BDU) ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. 

Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Bakı Dövlət Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. 

Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Seçilən
134
4
cebheinfo.az

10Mənbələr