“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsi davam edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, qiymətləndirmənin yekunlaşdığı növbəti ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə, 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət İqtisad Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.
Bu uğurlu nəticəyə görə Azərbaycan Dövlət İqtisad Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrimizə uğurlar arzu edirik.