Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Referans.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərimizin adının əbədiləşdiyi Heydərabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Naim Cahidzadə, YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, idarə müəssisə və təşkilatların əmakdaşları iştirak ediblər.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması əsas məqsəd kimi götürülüb. Sədərək rayonunda tut bağlarının salınması da bu məqsədə xidmət edir.
Sədərək rayonunda keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində Heydərabad qəsəbəsi ərazisində 0.9 hektar torpaq sahəsində 700 ədəd tut tingləri əkilmişdir. Muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə də mühüm töhvə verəcəkdir.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.