AZ

İstanbulda insan alveri ilə məşğul olan terrorçular saxlanıldılar - FOTO

İstanbulda PKK/KCK silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

Araşdırmalar çərçivəsində terror təşkilatında fəaliyyət göstərən və təşkilat üçün insan alveri ilə məşğul olan 7 şübhəli müəyyən edilib.

İstanbul Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Basqın edilən evlərdə aparılan axtarışlarda şübhəlilərə aid rəqəmsal materiallar müsadirə edilib.

 

Mənbə: oxu.az

Aqreqator
Seçilən
483
2
oxu.az

10Mənbələr