AZ

HƏMAS elan etdi: Bu məsələ ilə bağlı razılaşma əldə edildi

HƏMAS və İsrail arasında əsir mübadiləsi çərçivəsində fələstinli məhbusların azad edilməsində ləngimələrə son qoyacaq həll yolu ilə bağlı razılığa gəlinib.

Publika.az xəbər verir ki, bu barədə HƏMAS rəsmiləri açıqlama verib.

"Birinci mərhələdə geri qaytarılmasına qərar verilən israilli əsirlərin meyitləri eyni vaxtda fələstinli qadın və uşaqlarla dəyişdiriləcək", - deyə açıqlamada bildirilib.

Razılaşmanın Misir rəsmiləri ilə Qahirədə aparılan danışıqlar zamanı əldə edildiyi qeyd olunub:

"HƏMAS nümayəndə heyəti razılaşmanın bütün şərtlərinə və mərhələlərinə tam və ciddi şəkildə əməl olunmasının vacibliyi ilə bağlı açıq mövqeyini bir daha təkrarladı".

Seçilən
357
50
publika.az

10Mənbələr