HƏMAS-ın müttəfiqləri girovun meyitini sabah İsrailə təhvil verəcək
Fransa vətəndaşlığı olan israilli girov Ohad Yaalominin cənazəsi fevralın 27-də İsrailə təhvil veriləcək. Manset.az-ın əldə etdiyi məlumata görə, bunu HƏMAS-ın müttəfiqlərindən biri, Xalq Müqavimət Komitələri hərəkatının hərbi qanadı olan Fələstinin “Əl-Nasir Salahəddin Briqadaları” qruplaşması da təsdiqləyib. Qrupun rəsmi nümayəndəsi Əbu Ataya Telegram kanalında yazıb: “İsraillə razılaşmanın bir hissəsi olaraq biz cümə axşamı əsir Ohad Yaalominin cəsədini qarşı tərəfə təhvil vermək qərarına gəldik”. Fevralın 26-da HƏMAS İsrailin girovların cəsədlərinin təhvil verilməsi müqabilində fevralın 22-də azad edilməsi planlaşdırılan bir qrup fələstinli məhbusu azad edəcəyini açıqlamışdı . Radikallar bildiriblər ki, bu razılaşma Qahirədə HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyətinin də Misir rəsmiləri ilə “atəşkəs razılaşmasının həyata keçirilməsi, girovların mübadiləsi və danışıqların ikinci mərhələsinin perspektivləri” ilə bağlı müzakirələr apardığı danışıqlardan sonra əldə edilib.