Fidel və Raul Kastronun kiçik bacısı Xuanita Kastro vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kastronun tərcümeyi-halının həmmüəllifi Maria Antonieta Collins "Instagram" hesabında yazıb.
"Bu gün çox sevdiyi Kuba uğrunda yorulmaz mübarizə aparan müstəsna qadın Xuanita Kastro vəfat etdi", o bildirib.
Xuanita Kastro 90 yaşında təbii səbəblərdən Mayamidə xəstəxanada vəfat edib.