Türkiyəli bloqqer Zaqatala rayonununucqar dağ kəndi olan Cımcımax kəndində olub.
Lent.az xəbər verir ki, bloqqer kəndin 83 yaşlı sakini ilə həmsöhbət olub. Söhbət zamanı kənd sakini maraqlı əhvalat danışıb. O bildirib ki, 22 yaşında Kubada hərbi xidmətdə olub.
Burada tibb məntəqəsində çalışarkən kubalı yaralı əsgəri müalicə edərək sağaldıb. Buna görə də, məntəqəyə gələn Kuba prezidenti Fidel Kastro ona təşəkkür edib və o vaxt ölkənni valyutası olan 400 peso verib. Bundan əlavə, Kastro özünün möhürləri vurulan Bolqarıstan prezidetinin kitabını Cımcımax sakininə hədiyyə edib.
Ətraflı məlumat üçün videonu izləyin: