AZ

Şəki-Oğuz sərhəddində zəlzələ qeydə alınıb

Şəki stansiyasından 6 km şərqdə, Şəki-Oğuz sərhəddində zəlzələ qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata əsasən, zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17 km dərinlikdə baş verib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
185
14
xezernews.az

10Mənbələr