
Şəki stansiyasından 6 km Şərqdə, Şəki-Oğuz sərhəddində 4 maqnitudalı zəlzələ baş verib.
Reyting.az-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildiriblər.
Məlumata görə, yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17 km dərinlikdə olub.
Zəlzələ episentrdə 4 bala qədə hiss edilib.