AZ

Qüdrət Həsənquliyev: Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır

BAKI, 8 may. TELEQRAF

"Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır".

Teleqraf xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən xüsusi iclasında deyib

Deputat bildirib ki, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə sovet Azərbaycanı böyük bir inkişaf yolu keçdi:

"Həmin dövrü ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, kino sənətinin, ədəbiyyatın intibahı dövrü adlandırmaq olar. O Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilməklə Azərbaycanı həm Sovet İttifaqı, həm də dünya miqyasında tanıtdı. Erməni faşizminin və separitizminin baş qaldırdığı dövrdə o xalq hərəkatına ciddi dəstək oldu. Böyük cəsarət və vətənpərvərlik nümayiş etdirərək İlham Əliyevlə birlikdə 20 Yanvar faciəsinə Moskvada kəskin formada etirazını bildirdi, Sovet İttifaqı rəhbərlərini qınadı. Müstəqillik illərində 1992-ci ilin mayında Mütəllibov antikonstitusion yolla hakimiyyətə qayıtmaq istəyəndə onun qarşısının alınmasında müstəsna rol oynadı. Xalq Hərəkatının təmsilçiləri ilə birlikdə SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. Məhz onun məsləhəti və qətiyyətli tövsiyyəsi ilə AXC-nin rəhbərliyiinsanların Milli Məclisin binasına yürüşünü təşkil etdi və Mütəllibov hərbi təyyarə ilə Moskvaya uçdu. Ölkəmiz böyük vətəndaşqarşıdurması vəziyyətində olanda o məsuliyyətdən qorxmadı, rəhmətlik Prezident Elçibəyin dəvəti ilə Bakıya gəldi, ölkəmizi vətəndaş qarşıdurmasından xilas etdi. Dövlət hakimiyyəti orqanlarına hörmət bərpa olundu. Hakimyyət boşluğundan istifadə edib rayonlarımızı ard-arda işğal edən erməni hücumlarını dayandıra bildi, atəşkəs haqqında saziş imzalandı. Silahlı müxalifətin mövcudluğuna son qoyuldu. Xalqımızın və dövlətimizin taleyindəmisilsiz rol oynayacaq "Əsrin müqaviləsi"ni imzaladı, Ordu quruculuğuna başlanıldı".

Deputat əlavə edib ki, həmin müqavilə sayəsində məktəblər, səhiyyə obyektləri, inzibati binalar tikildi, yollar çəkildi, yaşayış məskənləri abadlaşdırıldı, bu gün Qarabağ bərpa olunur:

"O ,mətbuatda senzuraya son qoydu, latın əlifbasına keçidi təmin etdi və onun rəhbərliyi ilə ölkənin yeni Konstitusiyası qəbul olundu. Bütün çətinliklərə, təzyiqlərə, şirnikləndirici təkliflərə baxmayaraq ermənilərlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan heç bir saziş imzalamadı. Bu gün ruhu şaddır, ona görə ki, inandığı və xalqı dəstək verməyə çağırdığı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Heydər Əliyev xalqımızın potensialına (onun tarixinə, mədəniyyətinə, mentalitetinə) bütün digər siyasətçilərdən dayaxşı bələd idi. O realist siyasətçi olaraq daxili və xarici siyasəti müəyyənləşdirərkən məhz buna əsaslanırdı. O xalqımızın azad, hüquq və azadlıqlarınqorunduğu, təhlükəsiz, firavan, güclü iqtisadiyyata sahib bir ölkədə yaşamasını istəyirdi. Buna nail olmaq üçün hüquqi dövlət quruculuğu istiqamətində qarşımızda hələ keçiləsi böyük bir yol var. İnanıram ki, cəmiyyətimizin inkişafı ilə biz o hədəflərə də çatacaq və onun ruhunu şad edəcəyik".

Seçilən
48
50
teleqraf.com

10Mənbələr