AZ

Uels Şahzadəsi xərçəngə qarşı mübarizəyə həsr olunan layihəyə start verib

London, 12 may, AZƏRTAC

Uels Şahzadəsi Keyt Middlton xərçəngə qarşı müalicə dövründən danışıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, o, xərçənglə mübarizə zamanı təbiətin onun üçün necə bir şəfa mənbəyinə çevrildiyini açıqlayıb və bu mövzuya həsr olunan yeni video layihəyə başlayıb.

Kensinqton Sarayının sosial media kanallarında yayımlanacaq dörd hissəli video seriyası “Təbiətin dörd fəsli” adlanır. Layihə çərçivəsində “Yaz” adlanan ilk video bu gün təqdim olunub. Üç dəqiqəlik video Uels Şahzadəsi tərəfindən səsləndirilib. Video Keyt Middlton və Şahzadə Uilyamın bu ayın əvvəlində Mull adasına səfəri zamanı çəkilən görüntüləri əhatə edir.

Uels Şahzadəsi bildirib ki, son bir ildə təbiət onun üçün bir sığınacaq olub. O vurğulayıb ki, təbiət vasitəsilə hər şeyin bir-biri ilə necə bağlı olduğunu, tarazlığın, yenilənmənin və dözümlülüyün önəmini anlamaq mümkündür.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
166
50
azertag.az

8Mənbələr