"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sıx oyun qrafiki ilə bağlı narazılığını bildirib.
90deqiqe.Az xəbər verir ki, Qvardiola İngiltərə Kubokunun finalına yüksələn komandasının Premyer Liqada yalnız üç gün sonra "Bornmut"la qarşılaşmasının ədalətsiz olduğunu düşünür.
“9 ildir ki, oxşar vəziyyətlərlə mübarizə aparırıq. Hər il. Heç nə dəyişmir,” – deyə ispan mütəxəssis bildirib.
O əlavə edib ki, "Siti" çərşənbə axşamı avrokuboklara vəsiqə uğrunda mübarizə aparan, fiziki baxımdan güclü bir komandaya qarşı çıxacaq və bu, futbolçular üçün əlavə çətinlik yaradır.
Qvardiola klubunun uğurla mübarizə apardığı bütün turnirlərdə sıx təqvimə görə əlavə yüklə üzləşdiyini vurğulayıb və bu vəziyyətin dəyişmədiyini təəssüflə qeyd edib.
Hazırda "Mançester Siti" 65 xalla altıncı, "Bornmut" isə 53 xalla onuncu pillədə qərarlaşıb.