AZ

O danışdı, Qvardiola göz yaşlarını saxlaya bilmədi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kevin De Bruynenin vida çıxışı zamanı emosiyalarını saxlaya bilməyib.

Publika.az xəbər verir ki, ötən gecə belçikalı futbolçu "Siti" forması ilə son ev oyununa çıxıb. Həmin qarşılaşmada "Siti" Premyer Liqanın 37-ci turunda "Bornmut" üzərində 3:1 hesablı qələbə qazanıb.

Matçdan sonra vida mərasimi keçirilib. De Bruyne çıxış edərkən "şəhərlilər"in baş məşqçisi göz yaşlarını saxlaya bilməyib.

Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”nin heyətində çıxış edir. 33 yaşlı belçikalı futbolçu Mançester klubunda 421 oyuna çıxıb, 108 qol vurub və 177 qol ötürməsi edib.

Seçilən
47
6
publika.az

9Mənbələr