"Barselona" klubu yeni qapıçı transferi reallaşdırmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "Espanyol"un qolkiperi Joan Qarsiya transfer siyahısında birinci yerdə qərarlaşıb. Qapıçı ilə maraqlanan digər klublar da olduğu üçün Kataloniya təmsilçisi tezliklə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Barselona" klubunda baş məşqçi Hansi Flik şəxsən rəhbərlikdən yeni qapıçı transferi tələb edib. 2024-25 mövsümündə zədələnən Mark Andre Ter Ştegen komandaya yardım edə bilməmiş, klub polşalı qolkiper Voyçex Şesninin köməyindən yararlanmışdı.