AZ

“Barselona”dan 25–30 milyon avro təzminat ödəmək tələb olunur – Bu transfer üçün

“Barselona” “Espanyol”un qapıçısı Xuan Qarsiyanın transferi istiqamətində mühüm addım atıb.

sportinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Kataloniya klubu ilə 23 yaşlı qolkiper arasında prinsipial razılıq artıq əldə olunub.

İspaniyalı futbolçunun transferi üçün “Barselona”ya 25–30 milyon avro arası təzminat məbləği ödəmək tələb olunur.

Bu, Qarsiyanın İspaniya millisinə çağırılması halında arta bilər. Klub rəhbərliyi bu transferi əldən vermək istəmir və onu bir fürsət kimi qiymətləndirir.

Ancaq “Barselona”nın maaş limiti ilə bağlı yaşadığı çətinliklər səbəbilə oyunçunun ilk mövsümdə La Liqanın digər klublarından birinə icarəyə verilməsi gündəmdədir.

Qarsiyanı “Betis” və “Valensiya” da heyətində görmək istəyir. Onun özü də daimi oyun praktikası əldə etmək məqsədilə bu variantı nəzərdən keçirməyə hazırdır.

Bununla belə, klubun mövcud qapıçı heyəti ilə bağlı vəziyyət tam aydın deyil. 33 yaşlı Mark-Andre ter Ştegenin fiziki durumu və 35 yaşlı Voyçex Şesnının müqaviləsini uzadıb-uzatmayacağı hələlik bilinmir.

Seçilən
75
18
sportinfo.az

10Mənbələr