İnnovasiya və Təchizat Mərkəzi “Diamed Co” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Mərkəzin şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi cihaz və sərfiyyat mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 719 800 manatdır.
“Diamed Co” MMC 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 519 934,48 manatdır. Şirkətin qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.
Qeyd edək ki, “Diamed Co” şpris istehsalı ilə məşğuldur. MMC Azərbaycanda şpris istehsal edən ilk şirkətdir.
Hüseyn