AZ

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günümünasibəti ilə silsilə bayram tədbirləri keçirilib.

Abşeron RİH-nin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi vəAbşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı iləkeçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri,YAP Abşeron Rayon Təşkilatının sədri, qəhrəman oğullarımızınyadigar övladları, rayon Ağsaqallar Şurasının, eləcə də Abşeron RİHyanında İctimai Şuranın sədri, şəhid ailələri, regional mədəniyyət,təhsil, idman idarələrinin məsul şəxsləri iştirak ediblər.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider HeydərƏliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət ediib, önünə tərçiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra Abşeron Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdəÜmummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrundacanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Abşeron RİH başçısının müavini, İctimai-siyasi vəhumanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edərəkbildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulanuşaq və gənclər siyasəti sayəsində ölkəmizdə bu istiqamətdə olduqcaəhəmiyyətli dövlət proqramları, o cümlədən qərarlar qəbul olunub.Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçüngərəkli övlad kimi yetişməsi Ulu Öndər Heydər Əliyevin daimdiqqətində olduğunu vurğulayan G.Rəhimova bu siyasətin bu gün dəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindənuğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, Birincivitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqlarıninkişafına xüsusi diqqət yetirilib və bu istiqamətdə Heydər ƏliyevFondu tərəfindən çoxsaylı və çoxşaxəli layihələr icra olunub.

Sonra Abşeron RİH-i yanında İctimai Şuraının sədri, şəhid ElçinHəsənlinin anası Xatirə İsmayılova, Abşeron-Xızı RegionalMədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrənümayəndəsi, aprel şəhidi Əbdülməcid Axundovun anası CeyranHəsənova və Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Raufİbadovun atası Məhərrəm İbadov çıxış edərək bildiriblər ki, hərzaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqilAzərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyükqayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub.Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdəolduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosialmüdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb,müvafiq qanunvericilik aktları qəbul edilib. Bu gün də müzəffər AliBaş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil,suveren və ərazi bütövlüyü tam bərpa olunan qalib ölkəmizdəuşaqlarımız tam təhlükəsiz və azad şəkildə yaşayaır, dövlətimizə,vətənimizə sevgi ruhunda böyüyürlər.

Rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaqbağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsilməktəblərinin şagirdləri tərəfindən hazırlanan konsert proqramı,eyni zamanda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi tərəfindənhazırlanmış “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.

Uşaqların
Uşaqların
Uşaqların
Uşaqların
Uşaqların
Uşaqların
Uşaqların
Seçilən
298
50
az.trend.az

10Mənbələr