BAKI, 5 iyun. TELEQRAF
Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili münasibəti ilə onun heykəli önündə tədbir keçirildi.
Teleqraf xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələri, deputat və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə Müşfiqin xatirəsi yad edilib, heykəli önünə güllər qoyulub.
Həmçinin M.Müşfiq adına 18 nömrəli məktəbin şagirdi onun şeirini səsləndirib.
Qeyd edək ki, tədbir Könüllülər Kitabxana İctimai Birliyinin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

.jpg)

.jpg)
