“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə futboluna özünəməxsus üslubda xoşagəlməz eyham vurması ilə diqqət çəkib.
Arena.az “HT Spor” dərgisinə istinadən məlumat verir ki, 62 yaşlı portuqal mütəxəssis yeddi ildir Çempionlar Liqasında iştirak etməməsi ilə bağlı sualı Türkiyə futboluna istehza etməsi ilə cavablayıb:
– Siz Çempionlar Liqasında artıq yeddi ildir ki, olmamısınız. Üstünlük verdiyiniz məqamı və düşüncənizi necə müəyyənləşdirirsiniz?
– Son yeddi ildə mən avrokubok yarışlarının finallarında iki dəfə oynamışam… Beləliklə, son yeddi ildə mən, avrokubokların finallarda Türkiyə futbolunun tarixi ərzində gördüyündən daha çox oynamışam.
Xatırladaq ki, son yeddi ildə Mourinyo “Roma”ya Konfrans Liqasını (2021/2022) qazandırıb, həmçinin “canavarlar”la Avropa Liqasının finalçısı (2022/2023) olub.