“Tottenhem”in futbolçusu Son Hın Min karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” koreyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Komandanın baş məşqçisi Joze Mourinyo futbolçu ilə görüşüb və transferi müzakirə edib.
“Fənərbağça” Sona illik 12 milyon avro maaş ödəməyə hazırdır.
Mourinyo futbolçu ilə 2019-2021-ci illərdə “Tottenhem”də birgə işləyib.