AZ

Zelenskidən vacib açıqlama: Ukrayna yeni addımlar atacaq

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda Rusiya ilə keçiriləcək danışıqlarla bağlı yeni açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, Ukrayna hakimiyyəti avropalı tərəfdaşlar və ABŞ-la birgə yeni diplomatik addımlara hazırlaşır.

Zelenski əlavə edib ki, iyunun 2-nə təyin olunan danışıqlara Rusiya nümayəndə heyətinin qatılacağı barədə dəqiq məlumat yoxdur:

“Bu barədə Türkiyədə, ABŞ-da və digər tərəfdaş ölkələrdə də məlumat yoxdur. Hələlik bu, çox ciddi görünmür”.

O bildirib ki, ötən gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu məsələni müzakirə edib.

Ləman Hüseynzadə

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
50
globalinfo.az

10Mənbələr