Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.
İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.