AZ

Gənc oğlan dəm qazından BOĞULDU

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.     

News365.az-ın məlumatına görə, hadisə Sara Xatun küçəsində qeydə alınıb.   

 Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.     İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.     

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.     

Faktla bağlı araşdırma aparılır.

Seçilən
107
50
news365.az

6Mənbələr