Demokrat.az-ın xəbərinə görə, Türkiyə Cümhuriyyətinin Kommunikasiya Departamentindən bildirilib ki, danışıqların Bakı vaxtı ilə saat 14:00-da Çırağan sarayında keçirilməsi planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya nümayəndə heyəti İstanbula memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gedəcək.
Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, memorandum Rusiya üçün fundamental olan məsələlərə - ilk növbədə, münaqişənin əsas səbəblərinin aradan qaldırılması ilə bağlı mövqeyə əsaslanacaq.
Rusiya Federasiyasından olan nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.
Ukraynadan olan danışıqlara müdafiə naziri Rustem Umerov rəhbərlik edir. O, daha əvvəl bildirmişdi ki, Ukrayna memorandumun layihəsini Rusiya tərəfinə təhvil verilib.
10Mənbələr
-
cebheinfo.azNazarbayevin Putinlə görüşünün SƏBƏBİ ( 17848960)
-
news365.azNazarbayevin Putinlə görüşünün səbəbini açıqladı ( 17848639)
-
bakivaxti.azNazarbayevin Putinlə görüşünün səbəbini açıqladı ( 17848534)
-
cebheinfo.azNazarbayevin Putinlə görüşünün səbəbini açıqladı ( 17847691)
-
azvision.azNavrotski Polşanın prezidenti seçildi - VİDEO ( 17844796)
-
globalinfo.azİstanbulda bomba axtarışları Saray nəzarətə alındı ( 17844292)
-
demokrat.azBu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçiriləcək ( 17838268)
-
sfera.azUkraynanın Rusiyaya təqdim etdiyi memorandumun təfərrüatları məlum oldu ( 17838022)
-
xalqcebhesi.azRusiya Kiyevin memorandumunun variantını alıb ( 17837548)
-
icma.azRusiya Kiyevin memorandumunun variantını alıb ( 17837545)