AzVision.az Polşa mediasına istinadən xəbər verir ki, Dövlət Seçki Komissiyasının (DSK) bütün dairələr üzrədərc etdiyi məlumatlara əsasən, “Hüquq və Ədalət” partiyasının nümayəndəsi Karol Navrotski seçicilərin 50,89%-nin, Tşaskovski isə 49,11%-nin etimadını qazanıb.
İkinci turda seçici fəallığı 71,63% təşkil edib, başqa sözlə desək, seçki mətəqələrinə21 milyon vətəndaş gəlib.
Dünən səsvermə başa çatdıqdan sonra“Polşadakı vətənpərvərlik düşərgəsini, qeyri-qanuni miqrantların olmadığı normal Polşanı istəyən insanların düşərgəsini birləşdirəcəyinə”söz verib.
Analitiklər Navrotskinin qələbəsinin Polşanın Avropa İttifaqı (Aİ) və Ukrayna ilə münasibətlərində gərginliyin artması ilə nəticələnəcəyiniproqnozlaşdırırlar.
"Brüssel və Kiyevə şübhə ilə yanaşan Navrotski, həmçinin Ukraynanın NATO-ya dəvət edilməsinə və onun Aİ-yə qəbulununsürətləndirilməsinə qarşıdır” , - “BBC” nəşri yazır.
Bundan əlavə, Polşanın daxili siyasətində liberal hökumətlə mühafizəkar prezident arasında qarşıdurma davam edəcək. Polşada prezidentin səlahiyyətləri məhduddur, lakin o, qanunlara veto qoya bilər və beləliklə, hökumətin onun xoşuna gəlməyən siyasət yürütməsinə mane ola bilər.
Yeri gəlmişkən, hakim milli-mühafizəkar “Hüquq və ədalət” partiyasının dəstəyi ilə seçilmiş və səlahiyyət müddəti başa çatan keçmiş Anjey Duda da Donald Tusk hökumətinə qarşı belə mübarizə aparırdı.
Varşavanın meri Tşaskovskinin qalib gələcəyi halda Tusk hökumətinin öz əl-qolunu açacağı və liberal islahatlara, o cümlədən, məsələn, Anjey Dudanın qarşısına qoyduğu abort və LGBT hüquqları məsələsinə yol açacaqdı.
Müşahidəçilərin fikrincə, mayın 18-də baş tutmuş prezident seçkilərinin birinci turunda qaliblər arasında sürpriz olmuşdu - cəmi 1,8 faiz. Halbuki, seçkiqabağı sorğular liberal Tşaskoskinin əhəmiyyətli dərəcədə üstünlüyünü göstəriridi.
Onda ifrat sağ cinahı təmsil edən namizədlərin ən yüksək nəticəsi də şok effekti yaratmışdı. Üçüncü və dördüncü yerləri tutan Slavomir Mętsen və Qjeqoj Braun birlikdə 21% səs qazanmışdılar.
Həm Navrotskinin qələbəsi, həm də ilk turda ifrat sağçıların gözləmnilməz uğuru yalnız Polşada yox, həmçinin bir sıra Avropa ölkələrində, xüsusilə də Aİ-nin “cavan” üzvlərində avroskeptik əhval-ruhiyyənin son zamanlar əhəmiyyətli dərəcədə artmasından xəbər verir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta