AZ

“Sabah”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, artıq Bakı təmsilçisinin Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Sabah” bu mərhələdə “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya) komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
186
8
azertag.az

10Mənbələr