"Beşiktaş" Henri Onyekuru ilə bağlı yayılan transfer xəbərlərini yalanlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada deyilib:
"Klubumuzun peşəkar futbolçu Henri Onyekuru ilə transfer danışıqları aparması ilə bağlı vizual mətbuatda və sosial mediada yayılan xəbərlər tamamilə əsassızdır.
Xahiş edirik ki, Futbol A Komandamızla bağlı bütün yeniliklər rəsmi kanallarımız vasitəsilə izlənilsin və Klubumuzun paylaşmadığı xəbərlərə məhəl qoyulmasın."
Fərid
MİA.AZ