AZ

Trampın nəvəsi ilə evlənmək üçün malikanəsinə girməyə çalışdı - FOTO

ABŞ Prezidenti Donald Trampın Floridadakı mülkünə girməyə cəhd edən şəxs saxlanılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş və indiki prezidentlərinin mühafizəsinə cavabdeh olan Məxfi Xidmət məlumat yayıb.

Bildirilib ki, Prezident Trampın Floridadakı malikanəsinin divarından tullanmağa cəhd edən şəxsin iyunun 3-ü səhər saatlarında saxlanılıb.

Şübhəli 23 yaşlı Entoni Tomas Reyes hüquq-mühafizə orqanlarına Trampa “İncil”i yaymaq və prezidentin 18 yaşlı nəvəsi Kai ilə evlənmək istədiyi üçün malikanəyə girdiyini bildirib.

“Fox News”un məlumatına görə, Reyes Yeni il gecəsi də Trampa məxsus Mar-a-Laqoya qeyri-qanuni yollarla girməyə cəhd etdikdən sonra saxlanılmışdı.

Qeyd edək ki, Kay Tramp ABŞ prezidentinin oğlu junior Donald Tramp və Vanessa Trampın qızıdır.

Billurə

Seçilən
117
5
olke.az

10Mənbələr