AZ

Qadınlar direktorluqda uğursuzdur? - Məktəb idarəçiliyində gender FƏRQİ

Son günlərin gündəmində yer alan direktorların işdən çıxarılması məsələsi hələ də aktuallığını qoruyub saxlayır. Statistik göstəricilərə əsasən, 2024/2025-ci tədris ilinin əvvəlində ölkənin ümumi təhsil müəssisələrində 1517 qadın, 2116 kişi direktor fəaliyyət göstərir.

 

Maraqlıdır ki, direktor vəzifəsində kişilər sayca üstünlük təşkil etsə də, son dövrlərdə vəzifəsindən azad edilənlərin böyük əksəriyyətini qadınlar təşkil edir.

 

Bu isə haqlı olaraq sual doğurur: qadınlar təhsil sahəsi idarəçiliyində uğurlu ola bilmirlərmi?

 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, direktor vəzifəsindən azad olunanların mütləq əksəriyyəti işlərində ciddi nöqsanlara yol verənlərdir:

 

“Biz nəzərə almalıyıq ki, bu gün təhsil sahəsində ciddi islahatlar gedir. Dövlət qurumları da mütəmadi addımlar atır. Direktor vəzifəsindən azad olunanların mütləq əksəriyyəti işlərində ciddi nöqsanlara yol verənlərdir.
Bu məsələni qadın və kişi idarəçiliyinə aid etmək əsassızdır.

 

Hesab edirəm ki, Azərbaycanda direktor vəzifəsini icra edən kişi və qadın idarəçilərin sayında ciddi fərq yoxdur. Həmçinin, qiymətləndirmə işdən və iş mühitindəki münasibətdən asılıdır".

 

Seçilən
41
40
azedu.az

10Mənbələr