"Hörmətli həmvətənlər, “Təhsil dəbdədir” hərəkatı çərçivəsində “Necə öyrənmək” və “Real Ermənistanın İdeologiyası” silsiləli mühazirələrimdə türklərin ayaqqabılarını yalayıb-yalamamağımdan tutmuş Qarabağı satıb-satmadığım, tariximizdən imtina edib-etmədiyim, kimliyimizi türkləşdirmək vəzifəsini alıb-almağım, sizə məlum olan mərkəzlərin göstərişi ilə və ya sadəcə olaraq heç kimin göstərişi olmadan kimliyimizi təhrif edib- etməyim və ya ondan imtina edib-etməməyimlə bağlı bütün mümkün suallara toxunur və cavab verirəm.
Və sairə və ilaxır".
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.
“İnternetdə bu cür suallar verən, bu cür inancları ifadə edən bütün istifadəçiləri “Təhsil dəbdədir” hərəkatının toplantılarında iştirak etməyə dəvət edirəm, qeydiyyatdan keçin, iştirak edin.
Əminəm ki, bütün suallarınıza cavab alacaqsınız”, - deyə Paşinyan yazıb.
S.Laçın