AZ

Ukrayna Milli Qvardiyasının komandanı: ABŞ və Avropasız da döyüşə bilərik

BAKI, 5 iyun. TELEQRAF

“Avropa və ABŞ-nin köməyi olmadan Ukrayna Rusiyanın təcavüzünə qarşı kifayət qədər uzun müddət dözə biləcək”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı və Ali Baş Komandanlıq Qərargahının üzvü briqada generalı Aleksandr Pivnenko bildirib.

“Müəyyən vaxta və kifayət qədər uzun müddət dözə biləcəyik. Ukraynalılar döyüşkən millətdir”, - general vurğulayıb.

Həmçinin Pivnenko əmin olduğunu bildirib ki, müttəfiqləri Ukraynanı tərk etməyəcək, çünki onlar Rusiyadan gələn təhlükəni anlayırlar.

Seçilən
151
35
teleqraf.com

10Mənbələr