AZ

Şuşada bayram namazı qılındı - FOTO

Bu gün Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.


Seçilən
212
19
news24.az

10Mənbələr