Bakı. Trend:
Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmışNarkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləriaparılacaq.
Trend xəbərverir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olanMüəssisələrinin Müdiriyyətində bir neçə ay öncə müvafiq tədbirlərəstart verilsə də, prosesin icrasına hələ də başlanılmayıb.
Belə ki, qurum hələ ki, tikinti işlərini aparacaq şirkətimüəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenidən müvafiq tenderelan edilib.
Dövlət xidməti görüləcək işlərin 18 522 080 manata başagələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə2023-cü ilin sonlarında start verilib.