AZ

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.
ONN media xəbər verir ki, bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Teğ (Dığ – red.) icmasının sakinləri – Karen Armenoviç Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.
Bəyanatda qeyd olunub ki, azyaşlıların yerinin müəyyənləşdirilməsi və onların geri qaytarılması üçün bütün zəruri tədbirlər görülür.
***
Ermənistan tərəfindən iki nəfərin azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
***
Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.
Bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts məlumat verib.
Seçilən
137
50
onn.az

10Mənbələr