Yaponiyanın "Mazda" şirkəti 171 mindən çox avtomobili geri çağırır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Məlumata görə, buna səbəb mümkün təhlükəsizlik yastığı problemləridir. Buraya 2024-2025-ci il avtomobil modelləri, o cümlədən qabaqcıl hava yastığı sensoru modullarına mail olan bəzi CX-30 və Mazda 3 modelləri daxildir.