Əfsanəvi basketbolçu Şakil O’Nil bir dəfə küçədə İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin itirdiyi pulqabını necə tapdığı haqda danışıb.
Publika.az xəbər verir ki, O’Nil bu barədə “The Late Late Show with James Corden” verilişində danışıb.
Bekhem “LA Galaxy”də oynayarkən tanış olan super ulduzlar illərdir dostdurlar. Şaq xatırladıb ki, əvvəlcə tapdığı pulu özü üçün saxlamağı düşünüb, lakin pul kisəsinin kimə aid olduğunu anlayandan sonra fikrini dəyişib.
“Bir gün Beverli Hillsdə gəzirdim və bir pul kisəsi tapdım. Adətən pul kisələri tapanda onlardan sadəcə bütün pulları çıxarıb pul kisələrini atıram. Amma bu yaxşı pul kisəsi idi”, – basketbolçu deyib.
O, içərisində Bekhemin şəxsiyyət vəsiqəsini görəndə, mükafat almaq istəyən adam kimi özünü göstərərək futbol əfsanəsi ilə oyun oynamağa qərar verib: