Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan Azərbaycanın futbol millisi bu gün növbəti yoxlama matçına çıxıb
İdmanxeber.az xəbər verir ki, Fernando Santuşun komandası Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə başa çatıb.
Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.